...

AXCP-nin bir qrup fəalı İranın Bakıdakı səfirliyi yaxınlığında icazəsiz aksiya keçirib

Siyasət Materials 16 İyun 2006 15:18 (UTC +04:00)

AXCP-nin bir qrup fəalı İranın Bakıdakı səfirliyi yaxınlığında icazəsiz aksiya keçirib. Trend xəbər verir ki, aksiya icazəsiz olduğundan polis piketçilərə səfirliyin qarşısına toplaşmağa icazə verməyib.

Aksiya Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz ələməti olaraq keçirilib. Aksiya iştirakçıları Axundov bağı yaxınlığında polislə qarşıdurma yaradıblar. Nəticədə bir neçə aksiyaçı həbs edilərək 9-cu polis bölməsinə aparılıb. Buna baxmayaraq qalan piketçilər Axundov bağını tərk etməyiblər.

Polislə piketçilər arasında aparılan qısa danışıqlardan sonra AXCP sədrinin müavini Həsən Kərimov polis əməkdaşlarının müşayiəti ilə piketin qətnaməsini İran səfirliyinə təqdim edib. Amma səfirlik qətnaməni qəbul etməkdən imtina edib.

AXCP mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu media nümayəndələrinə piketin qətnaməsini oxuyub.

Xəbər lenti

Xəbər lenti