...

RF Daxili Qoşunlarının komandan müavini Bakıya səfər edəcək

Siyasət Materials 16 İyun 2006 17:24 (UTC +04:00)

İyunun 19-da Rusiya Federasiyası Daxili Qoşunlarının komandan müavini general-leytenant Sergey Topçiy Bakıya edəcəyi səfər çərçivəsində Azərbaycanın Daxili Qoşunlarının hərbi hissələri ilə tanış olacaq. Bu barədə Trend ə Azərbaycanın Daxili Qoşunlarının beynəlxalq əməkdaşlıq şöbəsindən məlumat verilib.

RF DQ komandan müavininin Bakıya səfəri Fəxri və Şəhidlər xiyabanlarnının ziyarəti ilə start götürəcək. Daha sonra Daxili Qoşunların Baş İdarəsində Zakir Həsənovla görüş və səfərin məqsədinə həsr olunmuş brifinq planlaşdırılıb.

Səfər çərçivəsində S.Topçiy Daxili Qoşunların Bakı ərazisində yerləşən hərbi hissələri və Xızıdakı Təlim Mərkəzi ilə tanışlıq olacaq. Həmçinin DQ əsgərləri qonağa döyüş nümunələri nümayiş etdirəcək.

Proqrama S.Topçiyin daxili işlər naziri general-polkovnik Ramil Usubovla görüşü daxil edilib.

Keçiriləcək görüşlər çərçivəsində RF və Azərbaycanın Daxili Qoşunları arasında əməkdaşlıq, təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə obyekti olacaq.

Xəbər lenti

Xəbər lenti