...

İlham Əliyev İslandiya prezidentini təbrik edib

Siyasət Materials 16 İyun 2006 17:39 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev İslandiyalı həmkarı Olavur Raqnar Qrimssonu milli bayram - Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda dövlət başçısı Azərbaycan-İslandiya əlaqələrinin gələcək inkişafına və iki xalqın rifahı naminə əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti