...

Kazanda xüsusi xidmət rəhbərlərinin müşavirəsində enerji təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub

Siyasət Materials 17 İyun 2006 11:10 (UTC +04:00)
Kazanda xüsusi xidmət rəhbərlərinin müşavirəsində enerji təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub

Kazan şəhərində FTX partnyorlarının - xüsusi xidmət və hüquq mühafizə orqanları rəhbərlərinin beşinci müşavirəsində işirak edən müxtəlif ölkələrin xüsusi xidmət nümayəndələri terrorçuluqla mübarizənin müxtəlif aspektləri üzrə qarşılıqlı münasibət haqqında dialoqun və analoji görüşlərin davam edəcəyinə ümid edirlər. Onlar bu mülahizəni Tatarıstan paytaxtında iki günlük forumda irəli sürüblər.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri Eldar Mahmudov qeyd edib ki, "müşavirənin bütün iştirakçıları əməkdaşlığı inkişaf etdirərək, ümumi güclə terrorçuluqla mübarizə aparmaq lazım olduğu fikrindədirlər".

"Biz kuluarlarda sıx şəkildə işləmişik, əsas nəticə isə irəlidədir", - deyə o inamla bildirib.

O həmçinin qeyd edib ki, müşavirə çərçivəsində "yaxın günlərdə reallaşacaq" enerji təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti