...

Azərbaycan Gənclər Federasyonu Avropa və İsveç parlamentariləri ilə birgə fəaliyyətə başlayıb

Siyasət Materials 19 İyun 2006 13:41 (UTC +04:00)

"İsveç" Azərbaycan Gənclər Federasyonu (AGFİ) Avropa və İsveç parlamentlərinin üzvləri ilə birgə fəaliyyətə başlayıb. Trend xəbər verir ki, məqsəd Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının tapdanmasını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır.

AGFİ İsveçin Avropa Parlamentində təmsil olunan bütün partiya nümayəndələri ilə görüşlər keçirib. AGFİ üzvləri Güney Azərbaycanda baş verən məlum olaylara Avropa Birliyinin laqeyd yanaşdığını bildiriblər.

AGFİ ilə İsveç parlamentinin üzvləri arasında əməkdaşlıq nəticəsində İsveç parlamentinin sol blokunun təmsilçiləri Avropa Kommissiyasına iki sorğu göndəriblər. Onu da bildirək ki, AGFİ İsveç parlamentinin xarici siyasət komissiyasının üzvləri və İsveçin əsas 7 partiyasından olan deputatlarla əlaqələr yaradıb.

Qurumun fəaliyyəti nəticəsində İsveçin Sol Partiyasının vitse-prezidenti Avropa Komissiyasına və İsveçin xarici işlər naziri Yan Eliassona Güney Azərbaycanla bağlı müraciət ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti