...

Ekmeleddin İhsanoğlu: İKT ölkələrinin əməkdaşlığı və həmrəyliyi bütün dünyada sülhün bərqərar olmasına böyük töhfə verəcək

Siyasət Materials 19 İyun 2006 13:57 (UTC +04:00)

"İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin Bakı iclasının yekunları üzrə İKT-nin 10 illik fəaliyyət planı qəbul olunacaq". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 19-da Bakıda İKT XİN başçılarının iclasında təşkilatın baş katibi Ekmeleddin İhsanoğlu bəyan edib.

O, İKT-nin fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini və təşkilatın fəaliyyət planının bu istiqamətdə gerçəkləşdiriləcəyini vurğulayıb. "İKT ölkələrinin əməkdaşlığı və həmrəyliyi dünyada sülhün bərqərar olmasına böyük töhfə verəcək", - deyə E.İhsanoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti