...

Narkotiklərlə Mübarizə Günü külli miqdarda narkotik vasitə yandırılaraq məhv ediləcək

Siyasət Materials 19 İyun 2006 16:41 (UTC +04:00)

İyunun 23-də Nazirlər Kabinetinin (NK) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkotiklərlə mübarizə günü münasibətilə tədbir keçirəcək. Bu barədə Trend ə NK-nin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.

A.Əlinin sözlərinə görə, qanunsuz dövriyyədən çıxarılmış külli miqdarda narkotik vasitə yandırılaraq məhv ediləcək.

DİN mətbuat xidmətindən verilən məlumata görə isə, tədbir Neft Avadanlıqları Maşınqayırma Zavodunda həyata keçiriləcək. Məhv ediləcək müxtəlif növlü narkotik vasitələrin çəkisi ilə 100 kq-dan artıqdır.

Xəbər lenti

Xəbər lenti