...

Ümid Partiyası Rəyasət Heyətinin iclası keçirilib

Siyasət Materials 19 İyun 2006 18:38 (UTC +04:00)

İyunun 19-da Ümid Partiyası Rəyasət Heyətinin iclası keçirilib. Trend xəbər verir ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, təkrar bələdiyyə seçkilərinə iştirakla bağlı müzakirələr aparılıb.

Ümid Partiyası daimi seçki qərargahının sədri Akif Qurbanlı 141 bələdiyyə üzrə keçiriləcək seçkilərin əhatə etdiyi dairələr barədə toplantı iştirakçılarına məlumat verib. Toplantıda çıxış edən Rəyasət Heyətinin bəzi üzvləri 2004-cü ildə keçirilən bələdiyyə seçkilərinin partiya tərəfindən baykot olunduğunu xatırladaraq bu dəfəki seçkidə iştirakın tərəfdarı olmadıqlarını qeyd ediblər. Digər iştirakçılar isə seçkilərin boykot edilməsi taktikasının heç bir əhəmiyyəti olmadığını və 2004-cü ildə bələdiyyə seçkilərinin boykot edilməsi ilə bağlı qərarın da yanlış olduğunu əsaslandırıblar.

Rəyasət Heyətinin əksər üzvləri seçkilərdə iştirakın tərəfdarı olsa da, iclasda seçkilərdə iştirakla bağlı konkret qərar qəbul edilməyib. Qərara alınıb ki, bələdiyyə seçkiləri ilə bağlı yerli şöbələrin rəyi də öyrənilsin və sonra qərar qəbul edilsin.

Xəbər lenti

Xəbər lenti