...

Mirmahmud Mirəlioğlu: "Bələdiyyə seçkilərini boykot etməyin heç bir əhəmiyyəti və effekti yoxdur"

Siyasət Materials 20 İyun 2006 13:49 (UTC +04:00)

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası (KAXCP) bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək. Bu barədə Trend ə KAXCP sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

M.Mirəlioğlu qeyd edib ki, KAXCP-ın bələdiyyə seçkilərində iştirakla bağlı hələlik rəsmi qərarı yoxdur. Lakin partiya üzvləri arasında seçkidə iştirak edilməsinə dair ümumi razılıq var. M.Mirəlioğlu bildirib ki, partiya öz imkanı daxilində əksər bələdiyyələrə namizəd irəli sürmək fikrindədir.

M.Mirəlioğlu digər müxalifət partiyalarının seçkiləri boykot etməsinə münasibət bildirərkən onların bu addımını təqdir etmədiyini deyib: "Biz boykot taktikasını təqdir etmirik, lakin başqa partiyaların bu qərarını normal qarşılayırıq. Bizim partiya hesab edir ki, hazırkı şəraitdə müxalifətin bələdiyyə seçkilərini boykot etməsinin heç bir əhəmiyyəti və effekti yoxdur. Boykot yalnız o vaxt effekt verə bilərdi ki, müxalifət düşərgəsində birlik olsun, hamı eyni mövqedə dayansın və eyni qərarlar versin. Amma indiki halda müxalifət daxilində bu birlik olmadığından seçkidən imtinanı da əhəmiyyətsiz qərar kimi qiymətləndirirəm".

M.Mirəlioğlu onu da qeyd edib ki, KAXCP hakimiyyətə gəlmək üçün mübarizəni yalnız seçkilər yolu ilə aparır.

Xəbər lenti

Xəbər lenti