...

Rusiya ilə Azərbaycanın Daxili Qoşunları arasında qarşılıqlı əməkdaşlığa dair sənəd imzalanacaq

Siyasət Materials 20 İyun 2006 16:11 (UTC +04:00)

Rusiya ilə Azərbaycanın Daxili Qoşunları arasında sənəd imzalanacaq. Trend xəbər verir ki, bu barədə iyunun 20-də Daxili Qoşunların Baş İdarəsində keçirilən brifinqdə Rusiya Federasiyası Daxili Qoşunlarının baş komandan müavini general Sergey Topçiy məlumat verib.

S.Topçiy bildirib ki, 2005-ci ildə Azərbaycanın Daxili Qoşunlarının komandanı Zakir Həsənovun Rusiyaya səfəri zamanı ikitərəfli əməkdaşlıq haqqında sənədin imzalanması ilə bağlı məsələ gündəmə gəlib. Bundan sonra sənəd hazırlanıb və hazırda Z.Həsənovun həmin sənədlə tanış olması üçün Z.Həsənova təqdim ediləcək.

"Cənab Zakir Həsənov Rusiya Daxili Qoşunlarının yaxın vaxtlarda Novosibirskdə keçiriləcək təlimlərinə dəvət olunub. Ümid edirik ki, Z.Həsənov sənədlə tanış olduqdan və sənəd üzərində qeydlər apardıqdan sonra həmin səfər zamanı sənədin imzalanması da baş tutacaq" - deyə S.Topçiy söyləyib.

S.Topçiy həmsinin Azərbaycan Daxili Qoşunlarında aparılan islahatları dəstəklədiklərini da bildirib.

"Gələcək əməkdaşlığımız çərçivəsində həmçinin şəxsi heyətin tibbi və sosial cəhədən təminatı, informasiya mübadiləsi kimi sahələrdə əlaqələrin genişləndirməsi nəzərdə tutulur. O cümlədən seminarların, treninqlərin keçirilməsi, təlim mərkəzlərinə tanışlıqla əlaqədar qarşılıqlı səfərəlirin təşkili də planlaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti