...

Azərbaycan xarici işlər nazirinin müavini Cenevrə və Berndə BMT və İsveçrə rəhbərliyi ilə görüşməyi planlaşdırır

Siyasət Materials 20 İyun 2006 16:22 (UTC +04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İsveçrədə Azərbaycanın bu ölkə və BMT ilə əməkdaşlıq perspektivləri ilə bağlı məsləhətləşmələr aparacaq. Bu barədə Trend ə Azərbaycanın BMT-dəki nümayəndəliyindən xəbər verilib.

Danışıqlar nazir müavinin BMT İnsan haqları Şurasının iyunun 19-də Cenevrədə başlamış birinci sessiyasında iştirakı çərçivəsində keçiriləcək. Diplomat həmin sessiyada Azərbaycandakı insan haqlarının vəziyyəti barədə məruzə oxuyacaq. BMT-nin baş qərargahındakı görüşlər proqramına baş katib və onun müavini, eləcə də qaçqınlar üzrə komitənin sədri ilə görüşlər daxildir. Genevrədən sonra nazir müavini Bernə yola düşəcək ki, orada o, İsveçrə rəsmilərilə, xüsusilə, dövlət katibi Lamber, İnkiaşf və Əməkdaşlıq üzrə Agentliyin rəhbəri Valter Fost və İsveçrənin Ümumdünya Ticarət Təşkilatı ilə danışaqlar aparan səfiri Vayts Reçlə danışıqlar aparacaq.

Qarşıdakı danışıqlarda əsas müzakirə mövzuları ikitərəfli əməkdaşlığın, Azərbaycanın Avropa qurumlarına, xüsusilə, ÜTT-nə inteqrasiyası məsələləridir.

Xəbər lenti

Xəbər lenti