...

Sabir Rüstəmxanlı: "Müxalifətçi millət vəkillərindən olan qruplar arasında danışıqlar davam etdiriləcək"

Siyasət Materials 20 İyun 2006 16:52 (UTC +04:00)

Milli Məclisdə fəaliyyət göstərən iki deputat qrupu birgə fəaliyyət göstərə bilər. Trend xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Qeyd edək ki, Milli Məclisdə Aynur Camalqızı daxil olmaqla beş müxalifət partiyası rəhbərindən ibarət və Pənah Hüseyn daxil olmaqla 4 müsavatçı millət vəkilindən ibarət qruplar fəaliyyət göstərir.

VHP sədri qeyd edib ki, parlamentdə müxalifət millət vəkillərindən ibarət qrupun yaradılmasına baxmayaraq Müsavat Partiyasından olan deputatlar özləri üçün ayrıca qrup formalaşdırdılar. Millət vəkili onu da vurğulayıb ki, hər iki müxalifətçi deputat qrupunun fəaliyyətinin koordinasiya edilməsi ilə bağlı danışıqlar aparılıb: "Sessiya başa çatdığına görə danışıqlar dayandırıldı. Çox güman ki, danışıqlar parlamentin payız sessiyasında davam etdirləcək".

S.Rüstəmxanlı onu da qeyd edib ki, danışıqlar uğurlu alınarsa, deputat qrupları birgə fəaliyyət göstərə bilər.

Xəbər lenti

Xəbər lenti