...

Tehran Avropa dövlətlərinin İranın nüvə proqramına dair təklifinə tam cavab verəcək

Siyasət Materials 20 İyun 2006 18:00 (UTC +04:00)

Tehran İranın nüvə proqramı ətrafındakı böhranın həlli üzrə sonuncu təklifləri geniş və hərtərəfli surətdə gözdən keçirir. Trend in verdiyi xəbərə görə, bu barədə İranın Xarici İşlər naziri Mənüçehr Möttəki iyunun 20-də Bakıda keçirilən mətbuat konfransında bildirib.

"Təkliflər geniş surətdə nəzərdən keçirilir və biz Avropa dövlətlərinə tam cavab verəcəyik", - deyə İranın XİN başçısı bildirib və əlavə edib ki, cavabın açıqlanması üçün hər-hansı tarix hələ müəyyən olunmayıb.

ABŞ prezidenti Corc Buşun İrana dair sanksiyaların təqdim olunma mümkünlüyü barədə bəyanatını şərh edərkən, M.Möttəki bildirib ki, "bəziləri unudurlar ki, indi qorxutma zəmanəsi deyil". "Əgər Vaşinqtonda ötən həftə ABŞ Senatında baş verən mübahisələrlə tanış olsalar, o zaman dünyanın real vəziyyətini başa düşərlər", - deyə o qeyd edib.

"Mən ümid edirəm ki, İranın nüvə texnologiyalarının dinc məqsədlər üçün hazırlanması hüququnu və nüvə silahının yayılmasının qarşısının alınmasının zərurətini etiraf edərək, dünya ölkələri yaxşı nəticə əldə edəcəklər", - deyə M.Möttəki qeyd edib və bildirib ki, "artıq imtahan verənlər qəbul imtahanı verməməlidir".

Bununla yanaşı Məniçöhr Möttəki Yaxın şərq regionundakı vəziyyətlə bağlı öz mövqeyini bildirib. "İslam Konfransı Təşkilatının (İTK) üzv ölkələri Fələstin xalqına qarşı "kobud siyasətin" dayandırılmasının tərəfdarıdır", - deyə İranın XİN başçısı qeyd edib və əlavə edib ki, "bu mövqe İTK XİN başçılarının Bakıda keçirilən 33-cü iclasının bütün iştirakçıları tərəfindən dəstəklənib".

Xəbər lenti

Xəbər lenti