...

Tovuz rayonunda əhali ötən ilki templə artır

Siyasət Materials 21 İyun 2006 16:31 (UTC +04:00)

Tovuz rayon Statistika İdarəsinin rəisi Qasım Hüseynov bu ilin son 5 ayı ərzində rayon əhalisinin 0,3 faiz, yəni 407 nəfərədək artaraq 152,4 min nəfərə çatdığını bildirdi. Ümumi artım ötən illin müvafiq dövrü ilə müqayisədə təxminən eynidir (409 nəfər). Onlardan 37-si rayona miqrasiya nəticəsində gələnlərdir. Digər 370 nəfəri isə təbii artımın payına düşür. Belə ki, rayonda yeni doğulanların sayı 679, dünyasını dəyişənlərin sayı isə 309 nəfərdir.

Bu il Tovuzda Vətəndaş Vəziyyəti Aktları İdarəsinə müraciət edənlərin sayı xeyli artıb.Yeni ailə quranların bağladıqları nigahların sayı 367, boşanmaların sayı isə 33 olub. Hazırda Tovuz rayonunda əhalinin 17 faizi şəhərdə, 83 faizi isə kənddə yaşayır. Rayon əhalisinin əksəriyyətini qadınlar təşkil edir, təxminən 51,5 faiz.

Statistika İdarəsindən aldığımız digər məlumata əsasən, 2006-cı ilin I rübündə ümumi sahəsi 593 kv. m olan 10 mənzil özəlləşdirilib.

Xəbər lenti

Xəbər lenti