...

Müasir Müsavat Partiyasının sədri Çin səfiri ilə görüşüb

Siyasət Materials 21 İyun 2006 19:42 (UTC +04:00)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev iyunun 21-də Çin Xalq Respublikasının Azərbaycadakı fövqəladə və səlahiyyətli səfiri Çsanq Xayçjou ilə görüşüb. Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətindən bildiriblər.

Görüşdə hər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrdən söhbət açılıb. Sonra Dağlıq Qarabağ məsələsi müzakirə mövzusu olub. MMP sədri Hafiz Hacıyev xarici dövlətlərin bəzilərinin bu məsələdə subyektiv mövqe tutduqlarını, Çin Xalq Respublikasının Ermənistanın işğalçı dövləi kimi tanınmasında Azərbaycana dəstək verəcəyinə əmin olduğunu bildirib.

Partiya sədri Çinin BMT-nin üzvü olması, Dağlıq Qarabağ məsələsinin həmin qurumda müzakirəsi zamanı öz obyektiv mövqeyini sərgiləməsini arzu etdiyini deyib. Sonra Azərbaycandakı siyasi partiyalardan, onların mövqeyindən və MMP-nin tutduğu siyasi xətdən söhbət açılıb.

Görüşdə səfirin ikinci müavini və MMP-nin Xarici və Siyasi əlaqələr üzrə sədr müavini Fərhad Əliyev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti