...

GUAM özünü təhlükəsiz enerji tədarükçüsü qismində Avropaya təqdim edir

Siyasət Materials 22 İyun 2006 13:00 (UTC +04:00)
GUAM özünü təhlükəsiz enerji tədarükçüsü qismində Avropaya təqdim edir

GUAM özünü təbii qaz hasilatçısı və onu nəql edən təşkilat kimi Avropaya təqdim edir. Trend in Tbilisidəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər naziri Qela Bejuaşvili mətbuat konfransında bilidirb.

"Ekspertlər səviyyəsində artıq Avropanın enerji daşıyıcılarının yollarının diversifikasiyası vasitəsilə enerji təhlükəsizliyinə ehtiyac duyması barədə fikir səslənir və bizim "Avrasiyanın enerji təhlükəsizliyi: bazara çıxış və investisiya siyasəti" adlı konfransımızın məqsədi bu cür yolun təqdim edilməsindən ibarətdir", - deyə nazir qeyd edib.

O həmçinin qeyd edib ki, GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldaviya) təhlükəsiz nəqliyyat və enerji dəhlizi barədə vahid baxışa malikdir. "Bu fikir yalnız bizim dar siyasi görüşümüz deyil, Avropa - Atlantikanın enerji təhlükəsizliyi siyasətinin bir hissəsidir", - deyə o qeyd edib.

Beynəlxalq energetika agentliyinin direktor müavini Uilyam Ramsi bildirib ki, Avropa və GUAM qarşısında çox məsələ durur, Avropanı Xəzər və Asiya qazı və nefti ilə təchiz edəcək çoxlu yeni boru kəməri tikmək lazımdır. "Bu layihələr üçün investisiya lazımdır, investisiyaların cəlb olunması üçün Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanda yaxşı iqlim var", - deyə Ramsi bildirib.

"Avrasiyanın enerji təhlükəsizliyi: bazara çıxış və investisiya siyasəti" konfransı Gürcüstan hökümətinin təşəbbüsü ilə, ölkə prezidenti və Beynəlxalq energetika agentliyinin (IEA) himayəsi altında keçirilib. Forumda yüksək vəzifəli hökümət məmurları, böyük enerji şirkətlərinin rəhbərləri və dünyanın hər yerindən digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Konfransda Avrasiyada Mərkəzi Asiyanın təbii qazının artan rolu, həmçinin enerji daşıyıcılarının tədarükündə kollektiv təhlükəsizliyin möhkəmlənməsi, o cümlədən "Enerji daşıyıcıları nəqlinin cənub dəhlizi"nin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Avrasiya potensialını yeni proqressiv fəaliyyət planına çevirmək üçün konfransda enerji daşıyıcıları tədarükünün kollektiv təhlükəsizliyinə yeni yanaşmalar hazırlanıb.

Xəbər lenti

Xəbər lenti