...

Azərbaycan-Əmman əməkdaşlığı məsələləri müzakirə edilib

Siyasət Materials 22 İyun 2006 13:31 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Əmman xarici işlər nazirinin müavini Badr bin Həməd Əl-Busaydini ilə görüşündə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.

Görüşdə tərəflər Cənubi Qafqaz və Oman regionundakı vəziyyət barədə fikir mübadiləsi aparıblar. Həmçinin görüşdə ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin genişlənməsi məqsədi ilə əlavə səylər haqqında razılıq əldə olunub.

Tərəflər mədəni əlaqələrin genişlənməsinin də zəruri olduğunu xüsusi olaraq qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti