...

Hərbi Məktəbin müdavimləri Bakının mərkəzi küçələrində yürüş edəcəklər

Siyasət Materials 22 İyun 2006 14:39 (UTC +04:00)

İyunun 26-da Azərbaycan milli ordusu günü münasibətilə H.Əliyev adına Hərbi Məktəbin müdavimləri Bakının mərkəzi küçələrində yürüş edəcəklər. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

"Yürüşün keçirilməsi səhər saatlarına planlaşdırılıb. Yürüşdə H.Əliyev adına Hərbi Məktəbin müdavimləri ilə yanaşı digər hərbi hissə və hərbi təyinatlı təhsil müəssisələrinin müdavimləri də iştirak edəcək" - deyə İ.Verdiyev bildirib.

Qeyd edək ki, günün ikinci yarısı "Gülüstan" sarayında təntənəli tədbir planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti