...

RF DQ-nin baş komandan müavini Daxili Qoşunların Xızıdakı Təlim Mərkəzində olub

Siyasət Materials 22 İyun 2006 17:29 (UTC +04:00)

İyunun 22-də Rusiya Federasiyası Daxili Qoşunlarının baş komandan müavini general-leytenant Sergey Topçiy Azərbaycanın Daxili Qoşunlarının (DQ) Xızıda yerləşən Təlim Mərkəzində olub. Bu barədə Trend ə DQ-nın beynəlxalq əməkdaşlıq idarəsindən məlumat verilib.

S.Topçiy Təlim Mərkəzinin fəaliyyəti ilə tanış olub. Həmçinin DQ əsgərlərinin nümayiş etdirdikləri müxtəlif döyüş nümunələrini izləyib.

İyunun 23-də S.Topçiyin Azərbaycanın daxili işlər naziri Ramil Usubovla görüşü planlaşdırılıb. Görüşlə də rusiyalı qonağın Bakıya səfəri yekunlaşacaq.

Qeyd edək ki, Topçiyin səfərində əsas məqsəd Rusiya ilə Azərbaycanın Daxili Qoşunları arasında yaxın gələcəkdə imzalanacaq əməkdaşlığa dair niyyət protokolunu tanışlıq üçün Zakir Həsənova təqdim etməkdən ibarətdir. Z.Həsənovun bu sənədlə tanışlığı və əlavələrindən sonra protokol hər iki ölkənin daxili qoşunlarının komandaları tərəfindən Novosibirskdə imzalanacaq.

Xəbər lenti

Xəbər lenti