...

AŞPA-nın yay sessiyasında Azərbaycanın nümayəndə heyəti tam tərkibdə iştirak edəcək

Siyasət Materials 22 İyun 2006 17:43 (UTC +04:00)

İyunun 26-dan 30-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının iclasında Azərbaycanın nümayəndə heyəti tam tərkibdə iştirak edəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

AŞPA-da parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Aydın Mirzəzadə, Aydın Abbasov, Elmira Axundova, Fəzail İbrahimli iştirak edəcək.

Sessiyanın gündəliyinə Azərbaycan parlament nümayəndə heyətinin mandatı ilə bağlı 1480 saylı qətnamənin yerinə yetirilməsi, Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçilməsi, söz azadlığı, dini baxışlara hörmət, təşkilata üzv dövlətlərin və hökumət başçılarının III zirvə toplantısının nəticələri, ölüm cəzası ləğv olunmayan ölkələrə AŞPA-nın münasibəti, milli azlıqların müdafiəsinə dair çərçivə konvensiyasının ratifikasiyası və digər məsələlər daxil edilib.

Tədbirdə deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək, qeyd və təkliflərini verəcəklər.

Xəbər lenti

Xəbər lenti