...

İran səfirliyinin birinci katibi ADP funksioneri Sərdar Cəlaloğlu ilə görüşüb

Siyasət Materials 22 İyun 2006 19:51 (UTC +04:00)

İran İslam Respublikasının Azərbaycndakı səfirliyinin birinci katibi Mustafa Məşədi iyunun 22-də Azərbayan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu ilə görüşüb. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Qeyd edək ki, görüş Mustafa Məşədinin öz istəyi ilə baş tutub. Görüşdə son vaxtlar İranda yaşayan soydaşlarımızla bağlı baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb və səfirliyin katibi həmin hadisələrlə əlaqədar İran hökumətinin rəsmi mövqeyini açıqlayıb. Eyni zamanda Mustafa Məşədi "Azadlıq" blokunun təşəbbüsü ilə iyunun 20-də keçirilən Cənubi Azərbaycanda baş verən hadisələrə həsr olunmuş dəyirmi masada söylədiyi fikirlərin mətbuatda təhrif olunmuş və qərəzli şəkildə verilməsindən narahat olduğunu bildirib.

Sərdar Cəlaloğlu öz növbəsində səfirliyin bu tədbirə yüksək diqqət göstərdiyinə görə M.Məşədiyə təşəkkür edib və mətbuatda onun dəyirmi masada söylədiyi fikirlərin təhrif olunmasından təəssüfləndiyini bildirib. Görüş zamanı S.Cəlaloğlu Cənubi Azərbaycanda soydaşlarımızın təhqir olunmasına görə keçirdikləri etiraz aksiyaları ilə bağlı partiyanın mövqeyini səfirliyin birinci katibinin diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti