...

Hilmar Lorens: "HP şirkəti informasiya texnologiyaları sahəsindəki təcrübəsini Azərbaycanda tətbiq etmək niyyətindədir"

Siyasət Materials 23 İyun 2006 13:39 (UTC +04:00)
Hilmar Lorens: "HP şirkəti informasiya texnologiyaları sahəsindəki təcrübəsini Azərbaycanda tətbiq etmək niyyətindədir"

HP şirkəti informasiya texnologiyaları sahəsindəki zəngin təcrübəsini Azərbaycanda tətbiq etmək niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 23-də keçirilmiş brifinqdə şirkətin MDB ölkələri üzrə baş direktoru Hilmar Lorens bəyan edib.

Tədbir Azərbaycanın təhsil naziri Misir Mərdanovun Şimali İrlandiyaya səfərinin yekunlarına həsr olunub. Səfərdə məqsəd HP şirkətinin təhsil sahəsində gerçəkləşdirdiyi iri miqyaslı təşəbbüslərdən biri olan Klass Rumm- 2000 layihəsinin həyata keçirilmə prosesi ilə tanışlıqdan ibarət idi.

Bu proqramda məqsəd dünya miqyaslı informasiya texnologiyalarının tətbiqinin üstünlükləri barədə müəllim və şagirdləri məlumatlandırmaqdır.

Mətbuat konfransında M.Mərdanov bu layihənin gerçəkləşdirilməsində şirkətin təcrübəsinin xüsusi əhəmiyyətini qeyd edib. Nazir şirkətin təcrübəsinin Azərbaycanın inkişaf etməkdə olan təhsil sistemində də tətbiqinin zəruriliyində əminliyini vurğulayıb. Onun sözlərinə görə, layihənin özü ilə tanışlıq faktı ölkə hökuməti, o cümlədən Təhsil Nazirliyinin layihələrinin inkişafı və təkmilləşdirilməsi üçün ciddi impuls olacaq.

H.Lorens qeyd edib ki, layihə ilə tanışlıq Azərbaycanın orta məktəblərinin informasiya texnologiyaları və kompüter avadanlıqları ilə təchizat səviyyəsinin artırılması üzrə dövlət proqramı çərçivəsində ölkənin rəsmi qurumlarının planlarının uğurla gerçəkləşdirilməsinə şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti