...

Türkiyə və Azərbaycan pilot layihəsinin gerçəkləşdirilməsi haqqında niyyət protokolu imzalayıblar

Siyasət Materials 23 İyun 2006 18:11 (UTC +04:00)

İyunun 23-də Türkiyə və Azərbaycan regionların birində əmlakın vahid qeydiyyat sisteminin yaradılması ilə bağlı pilot layihəsinin gerçəkləşdirilməsi üzrə "Niyyətlər haqqında" protokol imzalayıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Daşınmaz Əmlakın Reyestri ürzə Dövlət Xidmətinin rəhbəri Arif Qaraşov bildirib. Sənəd Azərbaycanın Dövlət Xidmətilə Türkiyənin analoji qumuru arasında imzalanıb.

Vahid qeydiyyat sistemi 3 formatda həyata keçiriləcək (kağız və elektron format, torpağın kadastr xəritəsi). Türkiyə pilot layihəsinin gerçəkləşdirilməsində Azərbaycana kömək edəcək. Hazırda yeni sistemin tətbiq olunacağı region hələ müəyyən deyil.

A.Qaraşovun sözlərinə görə, bu layihəyə dağlıq və ovalıq relyefə malik Ağsu, Şamaxı, İsmayıllı və digər regionlar iddialıdır.

"Layihənin gerçəkləşdirilməsi regionun müəyyənləşdirilməsindən sonra başlanacaq və bu məsələdə Türkiyə nümayəndələrinin əlaqələndirilməsi üzrə iş aparacaq yerli mütəxəssislərə üstünlük veriləcək" - deyə A.Qaraşov vurğulayıb.

O, həmçinin Azərbaycanın digər rayonlarında da analoji layihələrin həyata keçirilməsi mümkünlünü istisna etməyib. Bu məqsədlə Dünya Bankı ilə müvafiq danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti