...

Bakıda Sloveniyanın Müstəqillik Günü qeyd olunub

Siyasət Materials 24 İyun 2006 14:28 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, iyunun 24-də Bakıda Sloveniyanın Müstəqillik Günü qeyd olunub. Bu münasibətlə Azərbaycan-Sloveniya Dostluq Cəmiyyəti dəyirmi masa təşkil edib. Dəyirmi masada Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar, Cəmiyyətin sədri Gennadi Qvozdyov, o cümlədən Azərbaycan ziyalıları və ictimaiyyəti iştirak edib.

B.Mequşar qeyd edib ki, 15 il bundan əvvəl Sloveniya keçmiş Yuqoslaviyanın tərkibindən çıxaraq öz müstəqilliyini qazanıb. Bu addımı ölkələrin əhalisinin 80 faizindən çoxu dəstəkləyib.

Sloveniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir", - deyə diplomat qeyd edib. Onun fikrincə, hər iki ölkə eyni inkişaf və dünya ictimaiyyətinə inteqrasiya yolu keçib.

Diplomatın sözlərinə görə, Sloveniya Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığın inkişafında, o cümlədən respublikanı Avropa qurumlarına daha çox inteqrasiyada dəstəkləməkdə maraqlıdır", - deyə konsul bəyan edib.

Xəbər lenti

Xəbər lenti