...

MSK bələdiyyə seçkiləri ilə bağlı bir sıra təlimatları və sənədləri təsdiq edib

Siyasət Materials 24 İyun 2006 14:35 (UTC +04:00)

İyunun 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda bələdiyyə seçkilərinə dair bir sıra təlimatlar təsdiq edilib, bəzi sənədlər isə qüvvədən salınıb.

MSK katibi Natiq Məmmədovun təqdimatı əsasında təlimat, əsasnamə, qaydalar və sənədlərə əlavə və dəyişikliklər səsə qoyularaq qəbul edilib. Bələdiyyə üzvlüyünə namizədlərin sənədlərində, imza vərəqələrində məlumatların düzgünlüyünün yoxlanması məqsədilə yaradılmış işçi qrupu haqqında Əsasnamə təsdiqlənib. Həmçinin həmin məlumatların dairə seçki komissiyası tərəfindən yoxlanılması Qaydaları təsdiq olunub. "Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılmasının, aparılmasının, uçotu, hesabat qaydası, namizədlərin seçki fondlarına vəsaitin daxil olması, və xərclənməsi qaydaları haqqında Təlimat" təsdiqlənib. "Azərbaycanda daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin bələdiyyə seçkilərində iştirakına dair Təlimat", həmçinin "Azərbaycan vətəndaşının bələdiyyə seçkilərində müşahidə aparması qaydaları haqqında Təlimat", "Azərbaycanda bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin fəaliyyət qaydaları haqqında təlimat" təsdiq elidib.

Bələdiyyə seçkilərində seçki məntəqələrində səslərin hesablanması və səsvermənin nəticələri haqqında yekun protokolun doldurulması qaydalarına dair izahlara əlavə və dəyişikliklər qəbul edilib. Seçkilərin keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin seçki komissiyaları arasında bölüşdürülməsi, bu vəsailərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat təsdiqlənib. Bu və digər sənədlərin qəbul edilməsindən sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Xəbər lenti

Xəbər lenti