...

Gəncədə 10 kq narkotik maddə saxlanılıb

Siyasət Materials 26 İyun 2006 19:21 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Qərb Regional Narkotiklərlə Mübarizə İdarəsindən verilən məlumata əsasən bu gün səhər saat 06:00 radələrində Gəncə-Samux yolunda Ağarəşid Əliyev 5 min ABŞ dolları məbləğində, 7 kq marixuananı satmaq istəyərkən yaxalanıb.

İdarənin əməkdaşlarının apardığı əməliyyat tədbirləri nətijəsində saxlanılan şəxsin yaşadığı A.Əhmədov küçəsi, ev 2, mənzin 6 ünvanından da daha 3 kq narkotik maddə aşkar olunaraq, müsadirə edilib. İdarənin rəis müavini Rafael İsmaylovun sözlərinə görə, Ağarəşid Əliyev öz izahatında marexuananı Şəmkir rayonundan aldığını söyləyib. Hazırda faktla bağlı jinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, saxlanılan Ağarəşid Əliyev bundan önjə də narkotik alveri ilə məşğul olduğuna görə, 2 dəfə həbs edilib. Bir dəfə isə polisə müqavimət göstərdiyi üçün məhkum olunub.

Xəbər lenti

Xəbər lenti