...

VHP Məşvərət Məclisinin toplantısı keçirilib

Siyasət Materials 27 İyun 2006 13:22 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rayon və şərər təşkilatlarının Məşvərət Məclisinin toplantısı keçirilib. Bu barədə Trend ə VHP mətbuat xidmətindən bildiriblər.

Toplantıda təkrar bələdiyyə seçkiləri, ölkədə və dünyada baş verən siyasi proseslər, gələn həftə üçün rayon təşkilatlarının qarşılarında duran məsələlər müzakirə edilib.

Məşvərət Məclisinin icraçı katibi və Nizami rayon təşkilatının sədri Məhəmməd Dadaşlı bildirib ki, bu ilin oktyabr ayında nəticələri boş qalmış və yeni yaradılmış bələdiyyələrə keçiriləcək təkrar seçkilərdə VHP-nin iştirak etməsi ilə bağlı partiyanın Siyasi Şurası qərar qəbul edib. VHP Əzizbəyov rayon təşkilatının sədri Əbülfət Yusubov qeyd etdi ki, təkrar seçkilər rayonun Buzovna, Zirə və Pirallahı bələdiyyələrinə keçiriləcək: "Partiyanın rayon təşkilatı olaraq qərara almışıq hər üç bələdiyyəyə namizədlər irəli sürək, artıq Buzovna bələdiyyəsinə namizədlərimizi irəli sürmüşük".

Toplantı iştirakçıları ölkədəki ictimas-siyasi proseslərlə bağlı fikir mübadiləsi apardılar.

Xüsusən Bəzz qalasına yürüşlə əlaqədar İran hökumətinin azərbaycanlılara qarşı başladığı təzyiq və təqiblər pislənildi, bununla bağlı Məşvərət Məclisinin xüsusb bəyanatı qəbul edilib.

Sonda təşkilati məsələlərə baxıldı növbəti dövr üçün partiyanın Nərimanov rayon təşkilatının sədri Şəmsəddin Mirzəxanlı Məşvərət Məclisinin sədri, Səidə Dadaşlı isə icraçı katibi seçiliblər.

Xəbər lenti

Xəbər lenti