...

Bələdiyyə seçkiləri ilə bağlı seçici siyahılarında 3 mərhələdə dəqiqləşmələr aparılacaq

Siyasət Materials 27 İyun 2006 13:40 (UTC +04:00)

Bu il bələdiyyə seçkiləri ilə bağlı səsvermədə iştirak edəcək seçicilərin sayı 800 min nəfərdir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib. Onun sözlərinə görə, ölkə üzrə seçicilərin sayı isə 4 milyon 500 minə yaxındır.

İ.Babayev bildirib ki, bələdiyyə seçkilərindən əvvəl seçici siyahılarında dəqiqləşdirmələr aparılacaq. Onun sözlərinə görə, indiki seçici siyahıları dairə seçki komissiyalarına təhvil verilib: "Dairələr səsverməyə 65 gün qalmışa qədər seçici siyahılarını divarlardan asacaqlar. Seçki gününə 65 gün qalmış isə ikinci bir siyahını asılacaq. Sonra 65 günlə 35 gün arasında siyahılarda yenidən dəqiqləşmə işləri aparılacaq. Seçkiyə 35 gün qalmış isə sonuncu variantda olan yeni siyahı divarlara vurulacaq. Yəni bu dəqiqləşmələr 3 dəfə aparılacaq. Yekun siyahı sentyabrın 1-də seçki keçirilən bütün məntəqələrdə yerləşdiriləcək". İ.Babayev həmçinin qeyd edib ki, seçici siyahıları MSK-nın internet saytlarında da yerləşdirilib.

Qeyd edək ki, bu il oktyabrın 6-da 83 dairədə 604 bələdiyyəyə təkrar, əlavə, yeni və ilk seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti