...

Azərbaycan prezidenti Sloveniyaya səfər edəcək

Siyasət Materials 27 İyun 2006 16:08 (UTC +04:00)
Azərbaycan prezidenti Sloveniyaya səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev Sloveniyaya səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar (Borut Megusar) məlumat verib.

Konsulun sözlərinə görə, avqustun 27-də Sloveniyada "Xəzər 2008" forumu keçiriləcək. Bu forum enerji ehtiyatlarının Xəzər regionundan Qərbi Avropaya tədarükü məsələlərinə həsr olunacaq. Foruma regionun dövlət və hökumət başçıları, o cümlədən siyasətçilər dəvət olunub.

Diplomat qeyd edib ki, Azərbaycan prezidenti bu tədbirdə iştirakını artıq təsdiq edib.

İlham Əliyev forumda Sloveniyaya rəsmi səfəri çərçivəsində iştirak edəcək. Bu səfər cari ilin yazında baş tutmalı idi. Ancaq Sloveniya prezidentinin səhhəti ilə bağlı yaranmış problemlərlə əlaqədar səfər daha gec vaxta təyin olunub.

Qarşıdakı səfər zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Azərbaycan və Sloveniya bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirməlidir", - deyə diplomat hesab edir. Onun sözlərinə

görə, aramızda çoxlu sayda perspektivli sahələr mövcuddur, müqavilə-hüquqi bazanın genişləndirilməsinə ehtiyac var. Konsul təəssüflə bildirib ki, hazırda hər iki ölkə arasında cəmi bir neçə ikitərəfli saziş imzalanıb. Ancaq Sloveniya səhiyyə, iqtisadiyyat və digər sahələrdə bir sıra hökumətlərarası sazişlərin imzalanması təşəbbüsü ilə çıxış edib. Ekspertlər ikiqat vergiqoymanın qarşısının alınması, səhiyyə sahəsində əməkdaşlığa dair və digər sazişlərin layihələrinin hazırlanmasına başlayıb.

Diplomatın sözlərinə görə, Sloveniya bir il bundan əvvəl Azərbaycanda öz konsulluğunu açıb. Perspektivlərdə səfirliyin açılması planları da var. Hələlik bu funksiyaları Sloveniyanın Türkiyədəki səfirliyi yerinə yetirir.

Konsul bildirib ki, yaxın vaxtlarda Azərbaycanın Avstriyadakı səfirliyi Sloveniyada da akkreditə olunacaq. "Ancaq səfirliklərin olmaması ikitrəfli əlaqələrin inkişafı üçün problem deyil. Əsas bunun üçün məqsədin olmasıdır", - deyə B.Mequşar vurğulayıb.

Xəbər lenti

Xəbər lenti