...

Azərbaycan prezidenti Vladimir Putinə başsağlığı verib

Siyasət Materials 27 İyun 2006 19:11 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinə Rusiya səfirliyi əməkdaşlarının İraqda həlak olması ilə bağlı başsağlığı verib.

Məktubda deyilir ki, diplomatların ölümü haqqında xəbər dərin hüznlə qarşılanıb. "Diplomatik missiyanın nümayəndələrinə divan tutulması aktını qəti şəkildə pisləyərək, sizə, həlak olanların ailələrinə və bütün Rusiya xalqına Azərbaycan xalqı və şəxsən öz adımdan başsağlığı verirəm" - deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti