...

Salyanda əhalinin içdiyi su xəstəlik mənbəyidir

Siyasət Materials 28 İyun 2006 13:11 (UTC +04:00)

Son illər Kür çayında çirklənmə səviyyəsi rekord səviyyəsinə çatıb. Ermənistanda kimyəvi, Gürcüstanda isə kanalizasiya tullantılarının birbaşa Kürə axıdıldığını nəzərə alsaq və yerli çirklənmələri də bura əlavə etsək, vəziyyətin hansı təhlükəli həddə çatdığını təsəvvür etmək olar. Təsadüfi deyil ki, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bəyan edir ki, Kür çayı normadan 100 dəfə artıq çirklənməyə məruz qalır.

Bu günlərdə isə məlum olub ki, Ermənistanın Alaverdi bölgəsində Xram çayına tökülən cüvə tullantıları Gürcüstan ərazisində Kürə qovuşur. Kür çayının içməli su kimi istifadə olunması təhlüükəli olsa da, yeganə su mənbəyi Kür olan rayonlarda, o cümləədən Salyanda bundan imtina da mümkün deyil. Əslində Kür boyu ərazilərdə su heç bir təmizləmə prosesindən keçirilmədən yalnız duruldulub əhalinin istifadəsinə verilir ki, bu da xəstəlik mənbəyidir. Hətta 80 min əhalisi olan rayonun bütün kəndlərində içməli su eni 2-3 metr, dərinliyi 1-2 metr olan arxlardan götürülür. Kür daşqınları vaxtı isə kanalizasiya sistemi olmayan həyətlərə dolmuş çirkab sular da geriyə - Kürə axıdılır.

Suyun keyfiyyətinə nəzarəti Salyan gigiyena epidemiologiya mərkəzi və Dövlət Standartlaşdırma və Patent Agentliyinin Salyan ərazi idarəsi həyata keçirir. Epidemioloji mərkəzdən verilən məlumata görə, son bir ildə 400-ə yaxın içməli su nümunəsində kimyəvi və bakterioloji muayinələr aparılıb, nəticələr isə heç biri dövlət standartlaarının tələblərinə cavab verməyib. Kolinindeks göstəricisinə əsasən, 1 metr suda 3 bağırsaq çöpünün olmasına icazə verilsə də, bu rəqəm dəfələrlə artıq olub. Amma əslində 1 çöp artıq olsa belə, həmin su içmək üçün yarparsızdır. Kimyəvi analizlərin tələblərinə görə isə, içməli suyun 1 litrində 0,3 mq-də aktiv xlor qalığı olmalıdır. Amma analiz nümunələri bu tələbə də cavab verməyib. Bütün bunlar isə onu göstərir ki, Salyanda əhaliyə verilən Kür suyunun tərkibindəki zərərli medelementlər ya ümumiyyətlə zərərsizləşdirilmir, ya da zərərsizləşdirmə keyfiyyətsiz aparılır.

Dövlət Standartlaşdırma və Patent Agentliyinin Salyan ərazi idarəsinin rəisi Elçin Quliyev isə bildirdi ki, onların qurumu əsasən Hacıqabulda yerləşən Kür su kəmərləri istehsalat idarəsindən Bakıya verilən suyun keyfiyyətinə nəzarət edir və bu sahədə hələlik elə bir ciddi uyğunsuzluq qeydə alınmayıb. Salyan şəhərinə verilən Kür suuyunun nəzarətinə gəlincə isə, idarə rəisi qeyd edtdi ki, səlahiyyətlərində olmadığından bu ərazidəki əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etməsələr də, yerli müəssisələrdə qida məhsulları istehsalında istifadə olunan suyun keyfiyyət göstəriciləri nəzarət altındadır.

Xəbər lenti

Xəbər lenti