...

Tiqran Torosyan işğal altındakı ərazilərin yandırıldığını təsdiqləyib

Siyasət Materials 28 İyun 2006 15:16 (UTC +04:00)
Tiqran Torosyan işğal altındakı ərazilərin yandırıldığını təsdiqləyib

Ermənistan parlamentinin spikeri, AŞPA-da bu olkəni təmsil edən numayəndə heyətinin rəhbəri Tiqran Torosyan Azərbaycanin isğal altındakı ərazilərinin yandirilmasını təsdiqləyib. Bu barədə əməkdasımıza ASPA-dakı Azərbaycan numayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

S.Seyidovun sözlərinə görə, bununla bağlı muzakirələr ASPA-nin liberal-demokratik qrupunun toplantısında olub. Azərbaycan numayəndə heyətinin rəhbəri orada isğal altındakı Azərbaycan torpaqlarında ermənilərin törətdiyi vandalliq aktları ve ərazilərin yandırılması ilə baqli məsələ qaldirib ve bildirib ki, həm ASPA-daki Ermənistan numayəndə heyətinin rəhbəri, həm də Ermənistan parlamentinin spikeri olan Torosyan bu fakta rəsmi münasibət bildirməlidir.

Ermeni spiker ise əvvəlcə faktı danmaq istəsç də, sonradan isğal altındakı Azərbaycan ərazilərinin yandırıldığını təsdiqləyib. Amma T.Torosyan bu yanğınların kim tərəfindən törədildiyini "bilmədiyini" deyib. O, məsələnin arasdırılacağına soz verib.

Xəbər lenti

Xəbər lenti