...

YAP-ın nümayəndə heyətinin Misir Ərəb Respublikasına səfəri başa çatıb

Siyasət Materials 29 İyun 2006 12:52 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icraçı katibi Əli Əhmədovun başçılığı ilə nümayəndə heyətinin Misir Ərəb Respublikasına (MƏR) səfəri başa çatıb. Trend xəbər verir ki, səfər Misirin Şura Məclisinin sədri, ölkənin hakim Milli-Demokratik Partiyasının baş katibi Saffat Əş-Şərifin dəvəti ilə həyata keçirilib.

Səfər çərçivəsində YAP nümayəndə heyəti Saffat Əş-Şərif, MƏR Xalq Məclisinin sədri Əhməd Fəthi Sürur, "Əl-Əzhar" Dini Mərkəzinin şeyxi Məhəmməd Tantavi ilə görüşüb.

Görüşlərdə Azərbaycanın siyasi həyatında cərəyan edən proseslərdən, ölkəmizdə demokratikləşmə sahəsində əldə olunan uğurlardan danışılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən geniş söhbət açılıb. Görüşlərdə eyni zamanda ölkələrin hakim partiyaları arasındakı münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

MƏR rəsmiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tutduğu haqlı mövqeyi dəstəkləyiblər.

Xəbər lenti

Xəbər lenti