...

Hökümət müqavilənin birtərəfli qaydada pozulması haqqında Barmek Azerbaijan şirkətindən xəbərdarlıq almayıb

Siyasət Materials 30 İyun 2006 13:52 (UTC +04:00)
Hökümət müqavilənin birtərəfli qaydada pozulması haqqında Barmek Azerbaijan şirkətindən xəbərdarlıq almayıb

Bu gün Barmek elektrikpaylaşdırıcı şirkətinin Bakı, Sumqayıt və ölkənin şimal rayonları üzrə şəbəkələrin idarəsi üzrə müqavilənin pozulmasına görə ölkə hökümətinə verdiyi xəbərdarlığın müddəti bitir. Hazırda birinci kateqoriyalı abunəçilərin Barmekə 100 milyon ABŞ dolları məbləğində borcu var. Şirkət bu abunəçilərə elektrik enerjisinin verilməsini dayandıra bilmir. Bu abunəçilərin sırasına Bakı metropoliteni, "Azərsu" SC və digər böyük dövlət təşkilatları daxildir.

Müqaviləyə əsasən, Barmek may ayının əvvəlində bu vəsaitlərin ödənilməsi haqqında hökümətə məktub təqdim edib. Müqaviləyə görə, xəbərdarlığın təqdim olunmasından 45 gün sonra bu öhdəliklər yerinə yetirilməzsə, şirkət öhdəliklərin yerinə yetirilməməsi səbəbindən müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bununla bağlı bütün məsələlərin beynəlxalq məhkəmə tərəfindən həll edilməsi nəzərdə tutulur.

İqtisadi İnkişaf Nazirliyi müqavilənin iyunun 30-dan birtərəfli qaydada pozulması haqqında Barmek Azerbaijan-dan xəbərdarlıq almayıb. Bu barədə Trend ə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib.

"Buna baxmayaraq, İİN-də yaradılmış komissiya Barmekin müqavilə öhdəliklərinin yerinə yetirilməsinin yoxlanışını davam etdirir", - deyə M.Cabbarov qeyd edib.

Müqavilənin birtərəfli qaydada pozulma ehtimalı müqavilədə nəzərdə tutulub. Azərbaycan höküməti öz maraqlarının müdafiəsi üçün tədbir görməyə hazırdır.

"Barmek Azerbaijan şirkətinin fəaliyyəti normal qaydada davam edir", - deyə şirkətin prezidenti Hüseyn Arabul Trend ə bildirib.

Xəbər lenti

Xəbər lenti