...

Bakıda NATO həftəsinin proqramı açıqlanıb

Siyasət Materials 30 İyun 2006 14:00 (UTC +04:00)

İyulun 3-də Bakıda NATO həftəsi başlayır. Azərbaycan XİN-dən Trend ə verilən məlumata görə, 2006-cı ilin iyul ayının 3-5 tarixlərində Bakı şəhərində NATO həftəsinin keçirilməsi ilə əlaqədar NATO Baş Katibinin müavini Jan Furne Azərbaycan Respublikasına səfər edəcək.

Həftə çərçivəsində iyul ayının 3-də Novxanı qəsəbəsində yerləşən Aqua Park mehmanxanasında NATO Baş Katibinin müavini Jan Furne və Xarici İşlər Nazirinin müavini Araz Əzimovun iştirakı ilə Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NISA) yay sessiyasının açılış mərasimi keçiriləcək. Açılış mərasimi saat 10.00-da başlanacaq.

Elə həmin gün, saat 12.30-da M. F. Axundov adına Milli Kitabxanada Xarici İşlər Naziri Elmar Məmmədyarov və Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin iştirakı ilə NATO Baş Katibinin müavini Jan Furne Avro Atlantika Mərkəzinin açılış mərasimində iştirak edəcək.

Həmçinin, iyul ayının 3-də saat 09.30-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında "Melanj Beynəlxalq Simpoziumunun" açılış mərasimi keçiriləcək. Açılışda NATO nümayəndəsi professor Iolfqanq Spira, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti professor Mahmud Kərimov və digər nümayəndələrin çıxışları nəzərdə tutulub.

İyul ayının 4-də saat 17.00-da M. F. Axundov adına Milli Kitabxanada yerləşən Avro Atlantika Mərkəzində NATO Baş Katibinin müavini Jan Furnenin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti