...

Azərbaycan prezidenti Daşınmaz əmlak qeydiyyatının dövlət reyestri sisteminin inkişafına dair tədbirlər planını təsdiq edib

Siyasət Materials 30 İyun 2006 15:27 (UTC +04:00)

Dövlət başçısı İlham Əliyev Daşınmaz əmlak qeydiyyatının dövlət reyestri sisteminin inkişafına dair tədbirlər planını təsdiq edib. Prezident sərəncamına əsasən, Nazirlər kabineti planın reallaşmasının maliyyələşdirilməsinə dair tədbirləri yerinə yetirməli olacaq.

Tədbirlər planına vahid kadastr sisteminin yaradılması və daşınmaz əmlakın qeydiyyatı, Daşınmaz əmlakın dövlət reyestr xidmətinin bölgə şöbələrinin təşkili, onları birləşdirən vahid elektron rabitəsinin yaradılması, eyni zamanda müasir tələblərə cavab verən arxiv sisteminin yaradılması, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi daxildir.

Xəbər lenti

Xəbər lenti