...

Qazaxıstan Azərbaycanla strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiqləyib

Siyasət Materials 4 İyul 2006 20:14 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycanla strateji tərəfdaşlıq haqqında müqavilənin təsdiqlənməsi haqqında qanun imzalayıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Müqavilə bərabərlik, qarşılıqlı etibar, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərə əsaslanın Azərbaycan-Qazaxıstan əlaqələrinin gələcəkdə möhkələnməsinə yönəlib. Bundan əlavə, müqavilə birgə müəssisələrin yaradılması, iki ölkə ərazisində sahibkarlıq fəaliyyətinin fəallaşdırılması əsasında əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur.

Bununla yanaşı, tərəflər Xəzər dənizininin ekoloji təzlükəsizliyinin təminatı istiqamətində səylərin əlaqələndirilməsini davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti