...

Gürcüstan azərbaycanlıları arasında sosioloji sorğu keçirilir

Siyasət Materials 6 İyul 2006 12:16 (UTC +04:00)

İyulun 4-dən etibarən Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analtik İnformasiya Mərkəzi Gürcüstanda yaşayan azərbycanlılar arasında sosioloji sorğuya başlayıb. Bu barədə Trend ə GAMA-nın prezidenti Daşqın Gülməmmədov məlumat verib.

O bildirib ki, sosioloji sorğu Gürcüstanın azərbaycanlıların kompakt yaşfdığı Marneuli, Dmanisi, Bolinisi, Zalqa, Tetriçkaro, Telavi, Laqodexi, Msxeta, Qori rayonlarında, Tbilisi və Rustavi şəhərlərində 7 min azərbaycanlı respondent arasında keçirilir. Sorğuda əsasən ictimai-siyasi məsələlərlə bağlı suallar verilir. 15 gün davam edəcək sorğuda bu günədək 2500-dən çox respondentin cavabı alınıb. D.Gülməmmədov bildirib ki, sorğu GAMA-nın öz maliyyə resursları hesabına təşkil olunub. Sorğu başa çatdıqdan sonra nəticələr Gürcüstan və Azərbaycan ictimaiyyətinə, həmçinin beynəlxalq KİV-lərə təqdim olunacaq.

Sorğunun aparılmasına GAMA-nın 205 nəfər üzvü cəlb olunub və aksiyanın təşkilinə Gürcüstanın hakimiyyət orqanları tərəfindən maneçilik törədilməyib. Yalnız iyulun 6-da Rustavidə Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşlı tərəfindən bir neçə doldurulmuş sorğu anketi müsadirə olunub.

Qeyd edək ki, sorğuda respondentlərdən Gürcüstan prezildenti M.Saakaşviliyə münasibətləri, kimi ölkənin prezidenti görmək istədikləri, Gürcüstan azərbaycanlılarının problemlərinin həllində hansı dövlətin yaxından iştirakını lazım bildikləri, hansı ölkənin prezidentini dəstəklədikləri, nə kimi sosial-iqtisadi problemin həllini istədikləri, xarici investisiyaların cəlb olunub-olunmaması, azərbycanlılar yaşayan regionlarda sosial-iqtisadi yardımın vacib olub-olmadığı və başqa məsələlər soruşulur.

Xəbər lenti

Xəbər lenti