...

Hilmi Gülər: "Türkiyə XXI əsrdə BTC neft kəmərinin sayəsində dünyanın enerji arenasında mühüm oyunçuya çevriləcək"

Siyasət Materials 12 İyul 2006 11:02 (UTC +04:00)
Hilmi Gülər: "Türkiyə XXI əsrdə BTC neft kəmərinin sayəsində dünyanın enerji arenasında mühüm oyunçuya çevriləcək"

"Türkiyə XXI əsrdə BTC neft kəmərinin və digər enerji layihələrinin sayəsində dünyanın enerji arenasında mühüm oyunçuya çevriləcək". Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, belə bəyanatla ölkənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər çıxış edib.

O qeyd edib ki, Ceyhan limanı bir çox neft və qaz kəmərlərinin son nöqtəsi olacaq ki, bu da nəinki Türkiyəyə, həm də regionun bütün dövlətlərinə böyük dividendlər verəcək.

"Hazırda Ceyhanın enerji mərkəzinə çevrilməsinin konsepsiyası işlənib hazırlanır", - deyə H.Gülər qeyd edib. O əlavə edib ki, BTC neft kəməri Türkiyəyə təkcə böyük iqtisadi deyil, həm də siyasi dividendlər də verəcək.

"Biz BTC layihəsinin gerçəkləşdirilməsinin əhəmiyyətini anlayırıq və bu istiqamətdə incə enerji siyasəti yürüdürük. Enerji ehtiyatları sahəsində diplomatiya Ankaranın xarici siyasətinin mühüm elementidir",- deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti