...

Azərbaycan və Türkiyə XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə edib

Siyasət Materials 13 İyul 2006 12:54 (UTC +04:00)

Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Abdulla Gül və Elmar Məmmədyarovun görüşündə hər iki ölkə arasında bütün sahələrdə, ilk növbədə iqtisadi sahədə ikitərəfli əlaqələr, xüsusilə iqtisadi əməkdaşlıq, regional problemlər, təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları diqqət mərkəzində olub. Bu barədə Trend ə Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasət İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, XİN başçıları İslam Konfransı təşkilatı, GUAM və digər təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı bir sıra məsələləri də nəzərdən keçirib.

Görüş Azərbaycan XİN başçısının Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi mərasimində iştirak etmək üçün Türkiyəyə səfəri çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti