...

Oqtay Haqverdiyev: BTC layihəsinin iqtisadi əlverişliliyi göz qabağındadır

Siyasət Materials 13 İyul 2006 13:21 (UTC +04:00)
Oqtay Haqverdiyev: BTC layihəsinin iqtisadi əlverişliliyi göz qabağındadır

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsinin iqtisadi əlverişliliyi göz qabağındadır və burada heç bir şübhə ola bilməz.

Azərbaycanın Nazirlər Kabinetinin qiymət, iqtisadi və maliyyə- kredit siyasəti şöbəsinin rəhbəri Oqtay Haqverdiyevin eksklüziv olaraq Trend ə xəbər verdiyi kimi, bəzi rəylərə görə, tonlarla xammalın Qara dəniz vasitəsilə tədarükü ilə müqayisədə neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinə birbaşa ixracı bir ton neftin çatdırılması üzrə nəqliyyat xərclərini 40% azaltmağa imkan verəcək.

"Layihə ölkənin Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri ilə Qara dənizə nəql etdiyi ildə 10 milyon tonun əvəzinə birbaşa Aralıq dənizinə böyük həcmdə neft ixrac etməyə imkan verəcək", - deyə o qeyd edib.

"Digər ölkələrin BTC boru kəmərinə qoşulması vaxt tələb edir. Bu isə iqtisadiyyat və geosiyasət nöqteyi-nəzərindən bütün tərəflər üçün sərfəli olardı", - deyə O.Haqverdiyev bildirib. "Bu qonşu ölkələrlə daha sıx tərəfdaş münasibətləri qurmaq üçün imkan yaradacaq", - deyə o vurğulayıb.

BTC boru kəmərinin gücü 50 milyon ton neft təşkil edir. Bu güc nasos stansiyaları və kimyəvi reaktivlərin sayının artırılması hesabına 70-75 milyon tona qədər artırıla bilər.

Xəbər lenti

Xəbər lenti