...

YAP Gənclər Təşkilatı şimal regionunda forum keçirib

Siyasət Materials 17 İyul 2006 12:34 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatı iyulun 15-də növbəti regional forumunu şimal regionu üzrə Xaçmaz rayonunda keçirib. Bu barədə Trend ə YAP Gənclər Təşkilatının sədri Ramil Həsənov bildirib.

R.Həsənov onu da qeyd edib ki, şimal bölgəsində YAP-ın 6 rayon gənclər təşkilatının 400-ə yaxın üzvünün iştirak etdiyi forumda bir sıra məsələlər müzakirə olunub, rayon gənclər təşkilatlarının 6 aylıq fəaliyyətləri ilə bağlı hesabatlar dinlənilib. YAP rəsmisi onu da əlavə edib ki, forumda bir sıra təkliflər də səslənib: "Onlardan biri də regionlarda "Gənclər ev"lərinin yaradılması ilə bağlı olub. Gənclərimiz bildiriblər ki, asudə vaxtlarının səmərəli keçirilməsi, gənclərin siyasi baxışlarının formalaşdırılması, siyasi diskussiyaların aparılması üçün belə evlərəin olması zəruridir. Biz bu məsələni Gənclər və İdman Nazirliyinin diqqətinə çatdıracağıq".

R.Həsənov onu da bildirib ki, forumda şimal üzrə Regional Koordinator Mərkəzinin də təşkil olunması məsələsi müzakirə olunub: "Mərkəzin rəhbəri YAP-ın Quba rayon Gənclər Təşkilatının sədri Mübariz Abbasov seçilib. Mərkəzin ofisi də Quba rayonunda yerləşəcək". R.Həsənov qeyd edib ki, mərkəz regionda olan YAP-ın cənclər təşkilatlarınnı fəaliyyəti ilə bağlı ayda bir dəfə partiyanın baş qərargahına məlumat verəcək.

Onu da bildirək ki, regioanl forumların keçirilməsində məqsəd regionalrada YAP-ın gənclərinin fəaliyyətini tənzimləmək və sistemləşdirmək, gənclərimizin üzləşdiyi problemlərlə tanış olmaq və onların həlli ilə bağlı lazımi ünvanlarda məsələ qaldırmaqdır.

Xəbər lenti

Xəbər lenti