...

ADP-nin Sabirabad və Abşeron rayon təşkilatlarının bir qrup üzvü partiya sıralarını tərk edib

Siyasət Materials 17 İyul 2006 14:56 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) Sabirabad və Abşeron rayon təşkilatının üzvləri Azərbaycan Yolu Siyasi Hərəkatına (AYSH) keçməklə bağlı bəyanat veriblər. Bu barədə Trend ə AYSH-in mətbuat xidmətindən bildiriblər.

Onu da bildirək ki, bir neçə gün bundan öncə ADP-nin Gəncə, Xanlar və Daşkəsən rayon təşkilatlarının 100-ə yaxın üzvü AYSH sıralarına keçməklə bağlı bəyanat qəbul edib.

ADP-nin Sabirabad və Abşeron rayon təşkilatının üzvlərinin yaydığı bəyanatda deyilir: "Ölkədə və xaricdə gedən mövcud siyasi prosesləri nəzərə alıb ümumxalq marağı və Azərbaycan naminə bütün ictimai-siyasi təşkilatların vahid bir ideya ətrafında birləşməsi xəttini rəhbər tutub, siyasi mübarizəni sivil mərhələlərlə davam etdirilməsini önə çəkməklə ADP-dəki fəaliyyətimizə xitam veririk. Bəyan edirik ki, bundan sonrakı fəaliyyətimizi Azərbaycan Yolu Siyasi Hərəkatında davam etdirəcək, xalqımızın ümumi rifahı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində qüvvə və bacarığımızı sərf edəcəyik".

Qeyd edək ki, adıçəkilən rayon təşkilatlarının hər birnindən 4 üzv partiya sıralarını tərk edib.

Xəbər lenti

Xəbər lenti