...

Vasif Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti İranın Qərbi Azərbaycan vilayətinə səfər edib

Siyasət Materials 18 İyul 2006 17:03 (UTC +04:00)

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinə səfər edib. Səfər zamanı Azərbaycan Respublikasının NMR ilə İİR-in Qərbi Azərbaycan vilayəti arasında iqtisadi və mədəni əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Mərasimdə Ali məclisin sədri Qərbi Azərbaycan valisini Muxtar Respublikaya dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.Memorandumun imzalanma mərasimində Azərbaycanın Təbrizdəki baş konsulu Ayxan Süleymanov və İİR-nın Naxçıvandakı baş konsulu Nasib Həmidi Zari iştirak edib. Sçonra mətbuat konfransı keçirilib.

Urniyada təşkil olunan beynəlxalq sərgiyə baxış keçirilib. Ali Məclisin sədri Şahtaxtı Polbəşt körpüsünün tikintisində, Qərbi Azərbaycanın fabrik və zavodlarında, nümunəvi üzüm və alma bağlarında olub, bir sııra tədbirlərdə iştirak edib. Xoy şəhərinə gedərkən Şiblu çölündə kənd təsərrüfatı və suvarma sistemlərinə baxış keçirilib. Ali Məclisin sədri əllə toxunan xalça fabrikində olub. Bu fabrikdə digər xalça toxuma müəssisələrindən fərqli olaraq, nəfis xalça istehsalına üstünlük verilir.

Urniyada hər il beynəlxalq sərgilər keçirilməsi ənənə halını alıb. Sərgidə Muxtar Respublikadan 23 sahibkarlıq subyektinin 55-dən çox məhsulu nümayiş etdirilir və bu məqsədlə 90 m2 ödənişsiz sahə ayrılıb. Muxtar Rempublikadan gətirilmiş məhsullar böyük marağa səbəb olub. Bu sərgidə 170 şirkət, o cümlədən 70 xarici şirkət iştirak edib.

NMR Ali Məclisinin sədri V.Talıbov və İİR-in Qərbi Azərbaycan vilayətinin valisi Cəmşid Əmsarinin iştirakilə daimi körpünün təməlatma mərasimindən sonra burada tikinti-quraşdırma işlərinə başlanılıb. Kaman şəkilli körpünün üzünlüğü 164 metr, eni 22 metr olmaqla, Roldəşt və Şahtaxtı məntəqələrini bir-birinə birləşdirəcək körpü dəmir-beton konstruksiyaları ilə inşa olunur. Körpü İİR və Azərbaycanın iştirakı ilə Qərbi Azərbaycan vilayətinin yol nəqliyyat baş idarəsi tərəfindən inşa edilir.

Xəbər lenti

Xəbər lenti