...

Azərbaycanın BMT-dəki yeni nümayəndəsi Kofi Annana etimadnamələrini təqdim etdi

Siyasət Materials 1 Dekabr 2006 12:44 (UTC +04:00)

Azərbaycanın BMT-dəki yeni daimi nümayəndəsi Aqşin Mehdiyev noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annana etimadnamələrini təqdim edib. Bu barədə Trend ə Aqşin Mehdiyev məlumat verib.

K.Annan diplomatı təyinatı münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb. O, Azərbaycanda böyük inkişaf və tərəqqi olduğunu qeyd edib və münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümid etdiyini bildirib. BMT başçısı Azərbaycan prezidenti İlham Əliyevə ən xoş arzularını çatdırıb.

A.Mehdiyev öz növbəsində gələcəkdə BMT ilə sıx və səmərəli əməkdaşlığa ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti