...

Avropa Birliyi Transxəzər qaz kəməri layihəsinin səmərəliliyini öyrənir- AB-nin energetika məsələləri üzrə komissarı ilə müsahibə

Siyasət Materials 1 Dekabr 2006 14:06 (UTC +04:00)
Avropa Birliyi Transxəzər qaz kəməri layihəsinin səmərəliliyini öyrənir- AB-nin energetika məsələləri üzrə komissarı ilə müsahibə

Trend in Astanadakı xüsusi müxbirinin Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Andris Pibalqsla (Andris Piebalgs) eksklüziv müsahibəsi

- Avropa Birliyi hazırda Transxəzər qaz kəmərinin tikintisi ideyasını fəal surətdə lobbiləşdirir. Bu layihənin reallaşdırılması nə dərəcədə realdır?

- Bu, bizim Qazaxıstana təklif etdiyimiz ciddi layihədir. İndi biz yeni mərhələyə keçmişik: layihənin iqtisadi məqsədəuyğunluğunu həll etmək lazımdır və o zaman ölkələr layihədə iştirak edib-etməyəcəklərini müəyyən edəcəklər. Biz mütləq Transxəzər qaz kəmərinin tikintisinin iqtisadi məqsədəuyğunluğunu və ekologiya ilə bağlı bütün məsələləri araşdırmalıyıq.

- AB gələcək qaz tədarükçüləri olan Qazaxıstan, Azərbaycan, İran, Əlcazair üçün eyni şərait yaratmağa hazırdırmı?

- Müxtəlif tədarükçülər üçün şərtlərə gəldikdə, onlar AB-də hamı üçün eynidir, çünki AB-nin bütün tədarükçülər üçün daxili və xarici bazar qanunları eynidir və burada imtiyaza malik olanlar və hüququ məhdudlaşdırılanlar yoxdur.

- "Qazprom" Avropa üçün qazın qiymətini 14% qaldırdığını bildirib. Siz Rusiyadan asılılığı azaltmaq üçün alternativ axtarırsınızmı?

- Bu gün qazın qiymət siyasəti dünya bazarlarında neftin qiyməti ilə bağlı düstur üzrə yaranır. Bizim müqavilələrimiz elə bağlanıb ki, qiymət neftin qiyməti vasitəsilə çox dəqiq müəyyənləşdirilir. Və AB-də mövcud olan müqavilələrin əsas kütləsi siyasi danışıqların qiyməti ilə müəyyənləşdirilmir. Mən, məsələn, ENI (İtaliya konserni) və "Qazprom", yaxud digər böyük Avropa qaz alıcıları və "Qazprom" arasında uzunmüddətli və ya qısamüddətli müqavilədə iştirak etmirəm. Bu, onların müqaviləsinin qiymətidir, bu, mənim öz daxili Avropa bazarımda əldə etdiyimdir.

Qazın qiymətinin 14% artması qiymətin yaranması üçün köhnə mexanizmin olduğu yerdə, qiymətin AB ölkələrinin əsas kütləsindən həqiqətən də aşağı olduğu yerdə baş verir. Məsələn, mənim ölkəmdə -Latviyada qiymət AB-nin digər ölkələrindən olduğundan aşağı idi və "Qazprom" tədricən qiyməti Avropa Birliyinin digər ölkələrində olan səviyyəyə qədər qaldırır.

Lakin mən qiymətlə bağlı "Qazprom"la heç bir problem görmürəm. Bu şirkət AB-nin tələbatının 25%-ni tədarük edir, bu isə kifayət qədər çoxdur. Lakin bizim digər böyük tədarükçülərimiz - Norveç və Əlcazair də var və son vaxtlar biz tələbatımızın 10%-ni maye qaz hesabına təmin edirik.

- Qazaxıstanın Maliyyə Nazirliyi neft şirkətlərinin müqavilələrinin vergi qanunvericiliyinə əməl etməsinin yoxlanmağa başlandığını bildirib. Siz Qazaxıstanda vergi yükünün güclənməsini necə şərh edə bilərsiniz?

- Bir tərəfdən, investisiya qaydaları dəqiq olmalıdır. Əgər müqavilə bağlanıbsa, o, imzalandığı şərtlərlə yerinə yetirilməlidir. Lakin digər tərəfdən, bu gün neftin qiyməti xeyli artıb və yeraltı sərvətlərinin mənimsənildiyi ölkənin maraqları var. Qazaxıstan müdrik qərar qəbul etməlidir: qiymət artdığına görə həm şirkət böyük gəlir əldə edə bilməli və eyni zamanda öz maraqlarına riayət etməlidir.

Elə balans tapmaq lazımdır ki, hər iki tərəf razı qalsın. Halbuki neft şirkətləri istənilən gəlirləri itirmək istəməyəcəklər, lakin Qazaxıstan neft-qaz sektoruna qoyulan sərmayələrə ən açıq olan ölkədir. Qazaxıstan hər zaman oyunun qaydalarına riayət edib və mən düşünürəm ki, bundan sonra da belə olacaq.

Xəbər lenti

Xəbər lenti