...

Bərdədə Heydər Əliyev adına yeni məktəb binası tikilir

Siyasət Materials 1 Dekabr 2006 15:10 (UTC +04:00)

Bərdə rayonunda "Qaraçay" fərdi şirkəti tərəfindən ümumilider Heydər Əliyev adına 8 güşəlı 2 mərtəbəli yeni məktəb tikilir. Trend in bölgə müxbiri xəbər verir ki, 2005-ci ildə məktəbin tikilməsi üçün tenderdə qalib gələn "Qaraçay" fərdi şirkəti həmin ildən də məktəbin tikintisinə başlayıb.

İş icraçısının verdiyi məlumata görə, məktəbin tikintisi 2007-ci ilin sentyabrında başa çatırılaraq şagirdlərin istifadəsinə veriləcək. Yeni məktəb binası 30-dək sinif otağından və böyük idman zalından ibarətdir. Hazırda məktəbin tikintisi ilə əlaqədar texnika və işçi qüvvəsi cəlb olunub.

Xəbər lenti

Xəbər lenti