...

İsa Qəmbər: Gələn həftə müxalifətin kütləvi aksiyalar məsələsi müzakirə olunacaq

Siyasət Materials 1 Dekabr 2006 19:31 (UTC +04:00)

Müxalifəti təmsil edən partiyaların gələn həftə keçiriləcək geniş toplantısında birgə kütləvi aksiyaların keçirilməsi məsələsi müzakirə edəcək. Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Qeyd edək ki, bu gun - dekabrın 1-də Müsavat Partiyasının qərargahında bütün müx partiyaları rəhbərlərinin iştirakı ilə Söz və Mətbuat Azadlığının Müdafiəsi Koordinasiya Şurasının növbəti toplantısı olub.

İsa Qəmbərin sözlərinə görə, toplantıda siyasi partiya rəhbərləri söz və mətbuat azadlığının müdafiəsi istiqamətində əməkdaşlığın davam etdirilməsini qərara alıblar. Bununla əlaqədar Koordinasiya Şurasının görəcəyi tədbirlər barədə də müzakirələr aparılıb. Gələn həftə Koordinasiya Şurasının geniş tərkibdə növbəti toplantısı keçiriləcək və orada siyasi partiyaların bütün təklifləri müzakirəyə çıxarılacaq.

İsa Qəmbər onu da deyib ki, müxalifətin yeni bir qurumunun yaradılması məsələsi müzakirə oluniayıb.

Xəbər lenti

Xəbər lenti