...

Naxçıvan Dövlət Universitetində "QİÇS-ə qarşı mübarizə" mövzusunda elmi-praktiki konfrans keçirilib

Siyasət Materials 1 Dekabr 2006 20:18 (UTC +04:00)

Bu gün Naxçıvan Dövlət Universitetində "QİÇS-ə qarşı mübarizə" mövzusunda elmi-praktiki konfrans keçirilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, tibb fakültəsində keçirilən tədbir Naxçıvan MR Səhiyyə Nazirliyinin təşəbbüsü ilə baş tutub.

Tədbirdə Naxçıvan MR səhiyyə nazirinin müavini Valid Kazımov, Naxçıvan MR Ruhi Xəstəliklər Dispanserinin baş həkim əvəzi Rəşadət Nabatov mövzu ətrafında çıxış edib. Naxçıvan MR Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin direktoru Hüseyn Mikayılov çıxışında regionda bu yoluxucu virusa yoluxanların sayını açıqlayıb. Onun sözlərinə görə, cari ilə qədər regionda qeydə alınmayan xəstəliyin indi 4 nəfər daşıyıcısı var.

Konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti