...

Rusiyanın hökümət başçısının Azərbaycana ilk səfər proqramı açıqlanıb

Siyasət Materials 2 Dekabr 2006 12:23 (UTC +04:00)

Rusiya Federasiyası hökümətinin başçısı Mixail Fradkovun Azərbaycana ilkin səfər proqramı açıqlanıb. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Rusiya hökümətinin nümayəndə heyəti dekabrın 4-də səhər Azərbaycana gələcək. Səfər proqramına Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarət daxildir. Sonra Azərbaycanın Nazirlər Kabinetində dar formatda iki ölkənin baş nazirləri Artur Rəsizadə və Mixail Fradkov görüşəcək, eləcə də hər iki ölkənin hökümət üzvlərinin iştirakı ilə görüş və sənədlərin imzalanması planlaşdırılıb.

Günün ikinci yarısında Mixail Fradkov və onu müşayiət edən nümayəndə heyəti Heydər Əliyev Fondunda olacaq. Axşam isə Dövlət Opera və Balet Teatrında Azərbaycanda Rusiya İlinin təntənəli bağlanma mərasimi olacaq. Orada Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Həmin gün axşam Rusiyanın hökümət başçısı Moskvaya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti